Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) marketlərdə və iaşə obyektlərində yoxlamalar keçirib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Xəzər, Nərimanov, Səbail və Xətai rayonlarında 8 mağaza və 3 restoran olmaqla ümumilikdə 11 məntəqədə qanun pozuntuları aşkarlanıb. İşçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbuluna görə müvafiq protokollar tərtib edilib.
Yoxlamalar davam etdirilir.