Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli avtobusların marşrutu müvəqqəti dəyişdirilib.
Həmin sərnişin daşıyıcıları alternativ yol olaraq Məhəmməd Xiyabani küçəsindən keçəcək.
Ötən gün, 14 noyabr tarixində adıçəkilən küçədə su borusunun təmir olunduğu barədə məlumat verilmişdir.