25 sentyabr tarixində Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə Apa.az portalı məlumat yayıb.
Nəsimi rayonunda “Kia” markalı avtomobilin sürücüsü Sadiq Hüseynov yol polisinin saxlama əmrinə əhəmiyyət qoymadan, manevr edərək Mircəlal Paşayev küçəsində yolun əks istiqamətində hərəkət edib.Lakin bir müddət sonra süni tıxacda qalıb. Hüseynov qaçmağa cəhd göstərib, lakin sonra polis tərəfindən saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib.
Oxşar hadisə 24 sentyabr axşam saatlarında Yasamal rayonunda baş verib. Apa.az saytının yaydığı videoda "Volkswagen" Passat markalı avtomobilin sürücüsü Kamran Cəbrayılzadə polisin dayan əmrinə tabe olmayıb və polislərdən qaçmaq istəyərkən, digər avtomobillərə zərər verib. İctimai asayişi qəsdlə pozaraq avtomobilini yolda dayanan digər 10-a yaxın avtomobilə çırpılıb.