AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 13 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 10 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Xətai rayonu - "Mir" market;
- Xətai rayonu - "Nağıl Bağ" restoranı;
- Binəqədi rayonu - "Bəyquzu Kabab Evi";
- Nərimanov rayonu - "Qəbələ" restoranı;
- Nizami rayonu - "Cənnət Bağı" restoranı;
- Səbail rayonu - "East Taun" restoranı;
- Səbail rayonu - “Rose Police" kafesi;
- Səbail rayonu - "Metropol" kafesi;
- Səbail rayonu - "Burger House" kafesi;
- Səbail rayonu - "Pioner" marketi.
Qeyd olunan obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.