Paytaxt ərazisində yerləşən növbəti ticarət və ictimai iaşə obyektlərində reyd keçirilib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı Bakıda 7 ticarət və 7 ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb. Onların adları aşağıdakı kimidir:
Ticarət obyektləri:
- "Rahat" supermarketi - Nizami rayonu, Q.Qarayev prospekti, ev 39A;
- "Grandmart" marketi - Nizami rayonu, M.Şərifli küçəsi, ev 74C;
- "Rahat" marketi - Nizami rayonu, Q.Qarayev prospekti, ev 34/67;
- "Star" marketi - Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 18;
- "Grandmart" supermarketi - Nəsimi rayonu, Nizami küçəsi, ev 129E;
- "Neptun" marketi - Xətai rayonu, Babək prospekti, ev 43;
- "Yayla" marketi - Xətai rayonu, M.Hadi küçəsi, ev 130;
İctimai iaşə obyektləri:
- "Şəki" restoranı - Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 38A;
- "Şuşa" şadlıq evi - Nərimanov rayonu, Təbriz küçəsi, ev 35;
- "Zirvə" şadlıq evi - Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 17B;
- "Şah" restoranı - Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3;
- "Mix Point" kafesi - Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27D;
- "Chocoport" kafesi - Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27;
- "Ay İşığı" şadlıq evi - Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllə.
Adıçəkilən obyektlərdə işçilərin tibbi müayinədən keçirilməməsi və baytarlıq sənədi olmadan ət məhsullarının satışı faktları aşkarlanıb. Onların sahibləri məsuliyyətə cəlb olunublar.