Bakı şəhəri ərazisində genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cari il ərzində Müşfiqabad qəsəbəsində 65 hektar ərazidə 40.000-dən çox, Xocasən qəsəbəsində isə 56 hektar sahədə 35.000 müxtəlif cinsli ağaclar əkiləcək.
Payız ağac əkini mövsümü 17 oktyabr tarixindən etibarən başlayacaq.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr müavini Söhrab Abbasovun sözlərinə görə, son 14 il ərzində Bakı və Abşeron yarımadasında 4,6 milyona yaxın ağac əkilib.