30 sentyabr tarixində Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 30 sentyabr saat 11:00-da başlayacaq. Bu haqda AZƏRTAC xəbər verib.
Elmi konfrans mədəniyyətimizin müxtəlif sahələr üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuları aşkara çıxarmaq, habelə elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə həyata keçiriləcək.
Konfransda təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər.
Elmi konfrans “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilir.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.