Bakıda dələduzluq halı qeydə alınıb. Bu haqda 10 sentyabr tarixində Oxu.az məlumat verib.
“EL Art Travel” turizm şirkətinin əməkdaşı Afaq Sadıqova qanunsuz yolla 9000 manat pul mənimsəyib. Araşdırma əsasında məlum olub ki, şəxsi borc da daxil olmaqla Sadıqova şirkətlərin, vətəndaşların adına 2700 və 2800 manatlıq biletlər alıb. Biletlərin ödənişləri tələb olunsa da o, müxtəlif bəhanələrlə pulları qaytarmayıb.
Afaq Sadıqova işdən qovularaq faktlar hüquq-mühafizə orqanlarına təqdim olunub.