Ənənəvi “Soyuq əllər, isti ürək” Yeni il yarmarkasının açılış mərasimi bu həftə, dekabrın 1-də baş tutacaq. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az məlumat verir.
Fəvvarələr meydanında quraşdırılan yarmarka 15 yanvar tarixinədək hər gün saat 11:00-dan 23:00-dək davam edəcək.
Adət-ənənəyə çevrilmiş yarmarka bu il də xeyriyyə xarakteri daşıyır. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsaitlə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərcləri qarşılanacaq.
Ötən il sözügedən yarmarkadan toplanmış 330.200 AZN vəsait ağır xəstəlikli uşaqların müalicəsinə xərclənib.