Bakı Apellyasiya Məhkəməsinin iki hakimi Həmid Həmidov və Vaqif Mursaqulovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Onların müraciəti əsasında Azərbaycan Məhkəmə-Hüquq Şurası müvafiq qərar qəbul edib.
Ötən il şuranın qərarı ilə 10 hakimin səlahiyyətlərinə xitam verilmişdir.