Daxili İşlər Nazirliyində (DİN) yeni kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Qafqazinfo məlumat verib.
Nazir Vilayət Eyvazovun əmrinə əsasən, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, DİN-in Katibliyinin rəis müavini təyin olunub.