Metronun iş rejimi "Qarabağ"a görə dəyişilib. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Oktyabrın 13-də 20:45-də “Qarabağ” klubu Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq. Oyunun gecə saatlarında başa çatması ilə əlaqədar “Bakı Metropoliteni” QSC metronun iş rejimində dəyişiklik edib.
Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə "Bakı Metropoliteni" QSC-nin “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.