Bakı Metropolitenində stansiya rəisi dəyişib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Arif Həsənli Metronun “Nəriman Nərimanov” stansiyasının rəisi təyin olunub. O, “Xalqlar dostluğu” stansiyasının rəisi vəzifəsində çalışırdı.
Bu haqda qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb.
“Nəriman Nərimanov” stansiyasının sabiq rəisi Seyfulla Vəliyev cari ilin avqust ayında “Xocasən” stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.