Gənclər günü ilə əlaqədar Bakı muzeylərində açıq qapı günü keçiriləcək. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” olacaq.
Mədəniyyət ocaqlarına 14-29 yaş arası olan hər bir şəxs təmənnasız daxil ola biləcək.