Novosibirsk-Bakı reysini 9 saatdan çox gecikdirən Rusiyanın “İrAero” şirkəti cərimələnib. Bu haqda bu gün, 16 noyabr tarixində Lent.az məlumat verib.
Reys gecikməsi iyul ayında baş verib. Sərnişinlərin sözlərinə görə, gözləmə müddətində daşıyıcı onları yemək və mehmanxana otaqları ilə təmin etməyib. O, gediş vaxtını da bir neçə dəfə təxirə salıb.
Prokurorluq araşdırma apardıqdan sonra şirkəti qeyri-adekvat xidmətlər göstərdiyinə görə 20 min rubl (təxminən 560 manat) məbləğində cərimələyib.