top
Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi
16 iyun 2026, 15:44
- ↺ +

Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Deputat Vüqar Bayramov bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.  

Onun sözlərinə görə, proqram çərçivəsində bu mexanizmin məhz 2026-cı ildə tətbiqi planlaşdırılır.   "Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq", - deyə millət vəkili qeyd edib.  

Maraqlıdır, işə başlama saatlarının fərqləndirilməsi doğrudanmı şəhərdə nəqliyyat yüklənməsini azalda bilər? Bu dəyişiklik daha çox hansı sahələrdə effektiv nəticə verəcək?

  İqtisadçı Natiq Cəfərli bakupost.az-a bildirib ki, Azərbaycanın əmək bazarına baxdıqda vəziyyət bir qədər mürəkkəb görünür:  

"Ölkəmizdə muzdla çalışanların təxminən yarısı dövlət sektorundadır. Məsələn, 880 minə yaxın insan dövlət və büdcə sektorunda çalışır. Bura daha çox müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət şirkətlərinin işçiləri daxildir. Onların iş qrafikinin dəyişdirilməsi o qədər də asan məsələ deyil. Məsələn, müəllimlərin iş saatlarını necə dəyişmək olar? Bunun üçün məktəblərin də iş rejimi dəyişməlidir. Məktəblərdə sinif otaqları kifayət qədər olmalıdır ki, dərslər 8, 9 və ya 11-də başlaya bilsin.   Amma belə bir dəyişiklik olsa, aşağı yaş qruplarında uşaqları məktəbə valideynlər necə aparacaq? Bu halda valideynlərin də iş qrafiki həmin rejimə uyğunlaşdırılmalıdır. Yəni bu, o qədər də asan həll olunan məsələ deyil.  

Tıxac probleminin həlli təkcə bu amildən asılı deyil. Bakının əsas problemi həddindən artıq yüklənməsidir. Əsas hədəf Bakının yükünün azaldılması, işğaldan azad olunmuş bölgələrdə yüz minlərlə əhalinin yaşaya biləcəyi şəhərlərin yaradılmasıdır. Məsələn, Xankəndinin yarım milyonluq bir şəhərə çevrilməsi mümkündür. Ümumilikdə isə Bakı üzərindəki yükün azaldılması daha məntiqli yanaşma kimi görünür".  

Ekspertin fikrincə, hazırda iş saatının azaldılmasından qorxmaq lazım deyil:  

"Çünki elə qurumlar var ki, onların saat 9-dan axşam 5–6-ya kimi işləməsinin ümumiyyətlə əhəmiyyəti yoxdur. Əksinə, bu yanaşmanın iqtisadi və ekoloji faydaları var. Enerji sərfiyyatı azalır, xərclərə qənaət olunur, şəhərin ümumi yüklənməsi azalır, insanların xroniki stress baxımından sağlamlığı və psixi durumu düzəlir. Çünki uzun müddət Bakı kimi sıx şəhərdə tıxacda işə gedib çıxmaq həmin o idarələrin əməkdaşlarını da yorur.   Bank sektoru da iki növbəli iş rejiminə keçə bilər. Məsələn, bütün əməkdaşların səhər 9-da işdə olması vacib deyil. Universitetlərin sıx yerləşdiyi ərazilərdə - Elmlər Akademiyası, Sahil, Nəsimi rayonunda növbəli sistem tətbiq oluna bilər. Bir qrup dərsə səhər başlayırsa, digəri günortadan sonra və ya axşama qədər davam edə bilər. Hətta Sovet dövründə bəzi ali məktəblərdə gecə növbələri də mövcud olub".  

A.Musayeva deyir ki, hazırda dünyada aktual olan məsələ "neçə saat çox işlədim" yox, "nə qədər optimal işlədim"dir:  

"Yəni bir əməkdaş işə gəlib 10 saat oturub heç nə etməyə bilər. Amma cəmi 4 saat işləyib qat-qat artıq xeyir də verər".

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Oxşar xəbərlər