"Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə xanım Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır".
Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) bildirilib.
Qeyd edilib ki, aktrisa Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur.
"Aidiyyəti qurumları dəyərli aktrisamıza dəstək olmağa çağırırıq. AKİ adından Şükufə xanım Yusupovaya şəfa diləyirik",- paylaşımda bildirilir.