top
Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: Anamı da içkiyə öyrətmişdi
24 avqust 2026, 15:30
- ↺ +

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə atalığı Ayəddin Muradova xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. 

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bildiyini deyib.

Məhkəmə daha sonra təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib.

Adəm İsgəndərov A.Muradovu qəsdən vurmadığını bildirib:

"Ayəddin mənim atalığımdır. Mən doğulan vaxtdan anamla vətəndaş nikahında yaşayırlar. Mənimlə yola getmirdi, tez-tez evdə dava, mübahisələrimiz olurdu. Bunun da səbəbi onun həddən artıq içki qəbul etməsi idi. O hətta anamı da içki içməyə öyrətmişdi. Hadisə baş verən gün evdə idim. Ayəddin anamla birlikdə sərxoş halda evə gəldilər. Onlara bu durumdan xoşlanmadığımı, narazılığımı bildirdim. Ayəddin mənə söyüş söydü. Bu mənə çox pis təsir etdi. Söyüşü kəssin deyə çəkici ona sarı tulladım. Bir də gördüm ki, gözünü tutub  zarıyır, sifətindən qan sızır. Bunu görüb dərhal "təcili yardım"a zəng elədim". 

Məhkəmə daha sonra  A.İsgəndərovun ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib və onun məhkəmədə verdiyi ifadə ilə arasında ziddiyyət olduğunu bildirib. 

Məhkəmə tərkibi  zərərçəkən şəxsin növbəti prosesdə dindiriləcəyini bildirərək, prosesin 10 sentyabr saat 10:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, hadisə 15 yanvar 2026-cı il tarixdə  Bakının Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, Adəm İsgəndərov ailə münaqişəsi zəminində çəkiclə atalığı Ayəddin Muradovun göz nahiyəsinə zərbə vuraraq sağlamlığına ciddi zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Adəm İsgəndərov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma - iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: lent.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər