Bakının Sabunçu rayonunda 36 yaşlı kişi sevgilisini döyüb.
Hadisə rayonun Sabunçu qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Eldar qəsəbənin Elşən Mehdiyev küçəsində idarə etdiyi "Mercedes" markalı avtomobilinin içərisində sevgilisi Arzu ilə mübahisə edib.
Mübahisə zamanı Eldar yumruqla qadının baş nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.