top
Bakıda qol saatına görə QAN TÖKÜLDÜ
21 avqust 2026, 15:29
- ↺ +

Bakıda qol saatına görə QAN TÖKÜLDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Azad Əliyevin ifadəsi ilə davam edib. O, hadisənin təfərrüatlarını danışıb:  "Röyalla eyni kənddənik, qohumuq, qardaşım oğlunun kirvəsidir. Mənim onu vurmaq, zərər vermək kimi niyyətim yox idi. Baş verən hadisə vaxtı anlaqsız vəziyyətdə olmuşam. Röyalın saatı çox xoşuma gəlmişdi. Ondan xahiş etdim ki, saatı bir neçə günlüyünə versin, taxıb gözümün qurdunu öldürüm. Sağ olsun, verdi. Saat haradasa, 10-15 gün məndə qaldı. Mənim onu qaytarmamaq kimi bir niyyətim yox idi. Amma telefonla danışıb saatını geri istəyəndə məni hirsləndirib qıcıqlandırdı, burada demək istəmədiyim söyüşlər söydü mənə. Ağlım başımdan çıxdı. Mən psixoloji müalicə alıram, ehtiyatsız deyilən hər hansı söz dərhal əsəblərimə toxunur. Saatı dərhal gətirməyimi tələb elədi. Ona saatını gətirəcəyimi bildirdim. Röyal məni Kürdəxanıdakı evlərinə çağırdı, ora yollandım. Zəng edib çölə çıxmasını istədim. Röyal evdən çıxdı. Elə çıxan kimi mübahisəyə başladıq. Üzərimdə bıçaq vardı. Mən aqlay ustasıyam, işdə də o bıçaqdan yapışdırıcını qarışdırmaq üçün istifadə edirdim. Bıçağı çıxarıb onun böyründən iki dəfə vurdum. Röyal mənə əl-qol atmadı, amma söyməyə başladı. Bu zaman evdən bir adam çıxdı, Röyalı qan apardığını görüb oradan uzaqlaşdım. Bıçağı qayıdanda yola tulladım".

Zərərçəkən Röyal Mustafayev hadisənin qol saatına görə baş verdiyini deyib:

"Saat hədiyyə idi. Amma Azad gəlib onu müvəqqəti istəyəndə etiraz eləmədim. Saatı ona tapşırdığım vaxtda qaytarmadı, hər dəfə müxtəlif bəhanələr gətirirdi. Telefonda saatımı ondan tələb edəndə əsəblərimizi cilovlaya bilməyib bir-birimizi söydük. Düşünmədim ki, mənə bıçaq çəkə bilər. Azadı evin qabağında qarşılayanda gördüm ki, onun başı üstündə deyil. Mübahisə vaxtı onun yaxasından yapışıb silkələdim, çəkişdik. Qan məni aparan vaxt, dayım evdən çölə çıxan kimi Azad qaçdı. Mən bilsəydim ki, o, bıçaqla gələcək, evdən tək çıxmazdım. Şikayətim yoxdur, barışmışıq. Müalicə vaxtı xərclərimə kimi kömək etdi".

Növbəti proses 4 sentyabr saat 10:00-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Azad Əliyev Röyal Mustafayevin qohumları ilə birlikdə yaşadığı evin qarşısına gəlib onu həyətə çağıraraq, mübahisə edib. Mübahisə vaxtı A.Əliyev cibindən çıxardığı bıçaqla Mustafayevin böyründən iki dəfə vurmaqla sağlamlığına ağır zərər yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, Azad Əliyev Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: lent.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər