top
Bakıya gedən qatar xeyli gecikib – Sərnişinlərə şirniyyat paylandı
16 iyun 2026, 13:32
- ↺ +

Bakıya gedən qatar xeyli gecikib – Sərnişinlərə şirniyyat paylandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafa - Bakı qatarında gecikmə yaşanıb.

Bakuplus.az-ın məlumatına görə, iyunun 14-ü saat 22:40 radələrində elektrik enerjisinin verilişində yaranan problem səbəbindən qatar Qaradağ rayonunun Qarakosa qəsəbəsi yaxınlığında dayanıb. Saat 23:00 radələrində yenidən hərəkətə başlasa da, marşrut boyunca daha bir neçə dəfə dayanmalı olub.

Qatarın cədvələ əsasən saat 23:44-də Bakı Beynəlxalq Vağzalına çatması nəzərdə tutulsa da, həmin vaxt o, Səngəçal stansiyasında olub.

Nəticədə sərnişinlər təyinat məntəqəsinə gecikmə ilə çatdırılıblar. Qatar gecə saat 00:55 radələrində stansiyaya daxil olub. Bildirilir ki, yaranmış narahatlığa görə üzrxahlıq məqsədilə sərnişinlərə şirniyyat paylanıb.

Həmçinin sərnişinlərin mənzil başına çatdırılması üçün qrafikdənkənar Bakı–Sumqayıt və Bakı–Xırdalan sürət qatarları, eləcə də avtobus reysləri təşkil olunub. 

Məsələ ilə bağlı Bakuplus.az "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, 14 iyunda axşam saatlarında Hacıqabul-Pirsaat sahəsində dartı yarımstansiyasını ildırım vurması nəticəsində elektrik xəttində gərginlik olmadığından Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının hərəkətində fasilə yaranıb:

"Operativ olaraq əraziyə teplovozlar göndərilib və qatarların Bakıya çatdırılması təmin edilib. Qatarların gecikməsini nəzərə alaraq sərnişinlərin mənzil başına rahat çatdırılması üçün Bakı Dəmiryol Vağzalının yaxınlığından şəhərin 4 müxtəlif istiqamətinə avtobuslar və 2 istiqamətdə qatar reysləri təyin edilib. Narahatlığa görə sərnişinlərimizdən üzr istəyir, anlayışa görə təşəkkür edirik".

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər