Bakı Dövlət Universiteti yeni layihəyə start verir. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.
“Aqrar İnkişaf Könüllüləri” təşkilatı və BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi birlikdə “Gənc torpaqşünaslar klubu” yaradıblar.
Layihə çəçivəsində gənclər torpaqşünaslıq və aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı və bunun kimi ixtisaslar üzrə təcrübə qazana biləcəklər, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarına ekskursiyalara gedə biləcək, Abşeron yarımadası ərazisində torpaqların monitorinqini apracaqlar.
Layihədə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.