top
Beynəlxalq Azərbaycan Muğamı günüdür
26 avqust 2026, 10:15
- +

Beynəlxalq Azərbaycan Muğamı günüdür

Muğam Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin musiqi təfəkkürünün ən yüksək ifadələrindən biri, milli-mənəvi yaddaşımızın səsə çevrilmiş salnaməsidir. Muğamın hər bir sədasında xalqımızın duyğu və düşüncəsi, həyat fəlsəfəsi, sevinc və kədəri, torpağa və Vətənə bağlılığı öz ifadəsini tapır.

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.

Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

1971-ci ildə UNESCO 50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" qrammofon valını da daxil etmişdir. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində, hətta kosmosda səslənmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) tərəfindən Azərbaycanın muğam musiqi nümunəsi 1977-ci ildə hətta kosmosa göndərilib.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq və ölkə əhəmiyyətli musiqi layihələri, festivalları, müsabiqələr təşkil edilir. Belə uğurlu layihələrdən biri də "Muğam" Televiziya müsabiqələridir.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasını muğam üzərində yazıb, Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə isə bu janrı caz sənətinə gətirib.

Xalq artisti, xanəndə Mənsum İbrahimov Beynəlxalq Muğam Günü münasibətilə bağlı danışarkən bildirib ki, muğam minilliklərin süzgəcindən keçərək bu günümüzə gəlib çatan milli-mənəvi sərvətimiz və Azərbaycan musiqisinin şah əsəridir.

Onun sözlərinə görə, muğam bütövlükdə Şərq musiqi mədəniyyətinə məxsus olsa da, Azərbaycan klassik muğam məktəbi öz zənginliyi, inkişaf səviyyəsi və təkmilləşmiş ifaçılıq ənənələri ilə xüsusi yer tutur. Muğamın inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin müstəsna xidmətləri olub. O, dövrünün görkəmli sənətkarlarını bir araya gətirərək muğamın ilk sistemli tədris proqramını hazırlayıb və bu irs sonrakı illərdə daha da təkmilləşdirilərək bu günümüzə çatdırılıb.

Mənsum İbrahimov bildirib ki, dövlətin muğama göstərdiyi xüsusi diqqət və qayğı bu sənətin inkişafında mühüm rol oynayır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr muğamın yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradıb.

O əlavə edib ki, muğam bu gün də yaşayır, daim yenilənir, yeni ifaçılar və yeni nəfəs qazanaraq dünyanın müxtəlif ölkələrində tanınır və sevilir.

Xalq artisti, xanəndə Nəzakət Teymurova isə deyib ki, ulu babalarımızdan miras qalan muğam sənəti illər keçdikcə öz dəyərini qoruyub saxlayaraq milli-mənəvi irsimizin mühüm tərkib hissəsinə çevrilib: "Xalqımız muğam sənətinə hər zaman böyük dəyər verib, onu qoruyub və gələcək nəsillərə ötürüb. Dövlət tərəfindən də muğam sənətinə daim xüsusi diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun muğam sənətinin qorunması, inkişafı və təbliği istiqamətində həyata keçirdiyi layihələr bu sənətin inkişafında mühüm rol oynayır".

Nəzakət Teymurova bildirib ki, Muğam müsabiqələrinin keçirilməsi, eləcə də müxtəlif bölgələrdə muğam mərkəzlərinin yaradılması bu sənətin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

"Arzu edirəm ki, muğam sənətimiz daim yaşasın, öz qədimliyini və dəyərini qoruyub saxlasın, heç vaxt unudulmasın. Muğamımız hər zaman zirvələrdə olsun", – deyə Nəzakət Teymurova əlavə edib.

Bu gün muğam sənətimizin inkişafında diqqətçəkən məqamlardan biri də onun doğma Qarabağda yenidən səslənməsidir. Ötən il IX "Muğam" Televiziya Müsabiqəsinin finalının Laçında keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Dünyanı dolaşan, müxtəlif xalqların böyük maraq və sevgisini qazanan, universal dili ilə hər bir dinləyicinin qəlbinə yol tapan muğamımızın sədaları bu gün doğma Qarabağımızda – tarixi torpaqlarımızda yenidən eşidilir.

Mənbə: AZƏRTAC

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər