Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 6 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Doqquzmərtəbəli yaşayış binasının zirzəmisində qanunsuz söküntü işləri aparıldığı məlum olub.
FHN-nin əməkdaşları aparılan tədbirləri dayandırıb, Tural Qasımova məxsus obyekt nəzarətə götürülüb.
[URIS id=18525]