Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə yeni təyinat olub. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Zeynəb Hüseynova Tibb müəssisəsinin direktor müavini və doğum evinin rəhbəri vəzifələrinə təyin olunub.
O, daha öncə Kliniki Tibbi Mərkəzdə həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.