Bakıda binanın sökülməsi ilə əlaqədar müəyyən hissəsi bir müddət bağlanan Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Yusif Səfərov küçəsinin başlanğıcında yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşir körpüsünün altındakı geriyə dönmə müvəqqəti olaraq məhdudlaşdırılmışdı. Hazırda bu ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.