Bakıdan və Əhmədbəylidən Şuşaya gedən avtobus reyslərinə oktyabr ayına olan biletlərin hamısı satılıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.
Biletlər yalnız “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) almaq mümkündür.