Bakı metropoliteni istifadəçilərinin sayı 3 dəfəyədək artıb. Bu haqda 16 noyabr tarixində APA məlumat verib.
Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" 167.358,8 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.
Keçən il isə yanvar-oktyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 55 625,1 min nəfər olub.