top
Bu meyvə şirələrində rəngləndiricilər tapıldı - FOTO
09 iyul 2026, 15:31
- ↺ +

Bu meyvə şirələrində rəngləndiricilər tapıldı - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması məqsədilə satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.

AQTA-dan Bakuplus.az-a bildirilib ki, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.

Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb. Uyğunsuzluqlar "Göyçay Süd" ASC, "Drop Be-Az" MMC, "İmperial 01" MMC və "LG Konserv" MMC-yə məxsus məhsullarda müəyyən edilib.

Bundan əlavə, "İmperial 01" MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər