Milli Məclis dayanma və durma ilə bağlı qaydalarda dəyişiklik edib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Dəyişikliyə əsasən, dayanma və durma qaydalarının pozulduğu halda bütün foto və ya videoqeydiyyat texnikası ilə sübut olunan və elektron qaydada cərimələnmə qanuna uyğun sayılacaq.
Daha öncə bu tip cərimələri yalnız YPX əməkdaşları şəxsən yaxınlaşaraq tərtib edə bilərdilər.