Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının iyulun 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.