Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsinin işıqlandırılma problemi illərdir ki, öz həllini tapmır.
Bu barədə Bakuplus.az-a həmin küçədə yaşayan Samir Məmmədov məlumat verib.
O bildirib ki, 2017-ci ildən bu günədək problemlə bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlara müraciətlər ediblər.
"Rəsmi cavablar olsa da, problem hələ də həll edilməyib.2019-cu ildə Xətai Rayon İcra Hakimiyyətindən mənə bildirilmişdi ki, küçənin işıqlandırılması yaxın aylarda həyata keçiriləcək. 2024-cü ildə Əhmədli qəsəbəsində abadlıq işləri aparılarkən də küçəmizin işıqlandırılacağı deyildi, lakin yenə nəticə olmadı. Ötən il Xətai rayon icra başçısının sakinlərlə görüşündə də bu məsələni şəxsən qaldırdım. Qonşu küçələrdə işıqlandırma quraşdırıldığı halda, 9-cu Əhmədli küçəsi bu günədək qaranlıq qalır. Xahiş edirəm, bu problemin ictimailəşdirilməsinə və həllinə dəstək göstərəsiniz. Bütün rəsmi müraciət və cavab məktublarını təqdim edə bilərəm", - vətəndaş yazır.