Bakı Limanının ərazisində tikilən gübrə terminalı gələn ilin əvvəlində istifadəyə veriləcək. Bu haqda bu gün, 14 noyabr tarixində Report “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ümumi yük terminalının rəisi Kamran Cəliliyə istinadən məlumat verib.
Onun sözlərinə görə, terminal ildə 3 milyon ton, saatda isə 600 ton yük daşıyacaq.
Cəlilinin bildirib ki, limana kükürd, karbamid, ammonium nitrat gübrələrinin Orta Asiya ölkələrindən, o cümlədən Qazaxıstan və Türkmənistandan gətirilməsi planlaşdırılır.
Bu il iyulun 25-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkiyənin “Albayrak” şirkətlər qrupu arasında gübrə terminalının tikintisinə dair razılıq əldə olunub. Razılaşmaya əsasən, “Albayrak” terminalda 49% paya sahib olacaq.