top
Heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır - ŞİKAYƏT
Video
21 avqust 2026, 15:00
- ↺ +

"Heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır" - ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Evimizi kreditlə yeni təmir etmişdik. 2024-cü ilin oktyabrında yağan yağışlar evi tamamilə yararsız hala saldı, bizə təxminən 20 min manat ziyan dəydi. Hələ də fəsadları aradan qaldırmağa çalışırıq, heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır".

Bunu Bakının Xəzər rayonu Buzovna qəsəbəsi Ayna Sultanova küçəsinin sakini İlahə Babayeva bildirib. 

Evinin sığortasının olmadığını deyən şikayətçinin sözlərinə görə, problemə görə yalnız bələdiyyə tərəfindən müəyyən qədər maddi köməklik olunub ki, o da ziyanı qarşılamır: "Təmirdən təzə çıxan ev idi, əşyalar ələ gəlmir. Mətbəx mebelimiz yararsız vəziyyətdədir. Qapısını açdıqda taxtaları tökülsə də, məcburiyyətdən saxlamışıq. Qonaq və yataq otaqlarındakı mebelləri isə yeni olmasına baxmayaraq, atmalı olduq. İki otağın laminat döşəməsi və divan təmir olunub. Bütün işləri öz hesabımıza görmüşük. Toplasaq, bizə ümumilikdə 20 min manata yaxın ziyan dəyib, ancaq bələdiyyə cəmi mənə 300 manat, həyat yoldaşıma isə 400 dollar (təxminən 680 manat) olmaqla ümumilikdə 980 manat yardım göstərib. Övladlarım 10-15 gün təhsildən geri qaldı. Heç bir məsul şəxs gəlib vəziyyətlə maraqlanmayıb".

İ.Babayeva qeyd edib ki, hazırda əsas tələbi evinə dəyən ziyanın qarşılanması və ərazidə kanalizasiya sisteminin bərpa olunmasıdır: "Məhəlləmizdən 200-300 metr yuxarıda təmir işləri aparılır, yollar asfaltlanır. Lakin bizim məhəlləyə baxan yoxdur. Yağış yağan kimi su evlərə və həyətlərə dolur. Yay ayıdır, amma məhəlləmiz hələ də palçığın içərisindədir. Qarşıdan payız-qış ayları yaxınlaşır, yenə yağış yağacaq, evlərimiz su altında qalacaq. Qurumlara çoxsaylı müraciətlər etsək də, problemin aradan qaldırılması istiqamətində ciddi tədbir görülmür".

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda İri Şəhərlərin Su Təchizatının tullantı su şəbəkəsi mövcud deyil: "Tullantı su sistemi mövcud olmayan ərazilərdə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".

Şikayətlə bağlı Buzovna bələdiyyəsindən məlumat verilib ki, sakinin evinə dəymiş 20 min manata yaxın ziyanın bələdiyyə tərəfindən qarşılanması mümkün deyil: "Belə hallarla üzləşən sakinlərin sayı çoxdur və bələdiyyənin bu məbləğdə ödəniş etmək imkanı yoxdur. Bununla belə, bələdiyyə tərəfindən ailəyə 1000 manata yaxın maddi yardım göstərilib".

Yolların asfaltlanmaması ilə bağlı detala gəlincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həmin ərazidə müvafiq yol işlərinin görülməsi qurumun səlahiyyətlərinə aid deyil: "Sözügedən yol sahəsi qəsəbədaxili ərazidə yerləşir və Agentliyin balansında deyil. Bu səbəbdən həmin yolun saxlanılması, təmiri və ərazidə müvafiq yol işlərinin görülməsi AAYDA-nın səlahiyyətlərinə aid deyil. Bununla yanaşı, qəsəbə ərazisində yağış və tullantı sularının toplanması, emalı və kənarlaşdırılması üçün ümumi sistemlərin yaradılması və istismarı da Agentliyin fəaliyyət istiqamətlərinə daxil deyil. Qanunvericiliyə əsasən, bu sahədə fəaliyyətin təşkili aidiyyəti su təsərrüfatı qurumlarının səlahiyyətinə aiddir".

Mənbə: qafqazinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər