Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Bakuplus.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək ona məxsus marketdən 6000 manat nağd pulun naməlum şəraitdə talandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı F.Muradov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun bir ay ərzində çalışdığı marketdən hissə-hissə pul vəsaitini oğurladığı məlum olub.