top
İşçi xəbər verməmişdi - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir
21 iyul 2026, 13:30
- ↺ +

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil. Əmək qanunvericiliyi işəgötürəndən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağı, o cümlədən işçinin əmək təminatlarının tətbiqini tələb edir.

Bu barədə Bakuplus.az Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bəzən işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi statusu barədə məlumat vermədiyini, yaxud müvafiq sənədləri təqdim etmədiyini əsas gətirərək həmin təminatların tətbiq olunmamasını əsaslandırmağa çalışırlar. Lakin bu yanaşma əmək qanunvericiliyinin məqsədlərinə uyğun deyil.

Ali Məhkəmə tərəfindən baxılmış əmək mübahisəsində məhkəmələr işçinin ikinci qrup əlilliyi olduğu halda onun uzun müddət ərzində həftədə 40 saat işlədiyini müəyyən edib. Halbuki əmək qanunvericiliyinə əsasən, belə işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır. İşəgötürən işçinin əlilliyi barədə məlumatsız olduğunu bildirib, lakin məhkəmələr tərəfindən bu arqument əsaslı sayılmayıb və işçiyə qanunla müəyyən edilmiş normadan artıq işlədiyi saatlara görə əlavə əməkhaqqı ödənilməsi barədə tələb təmin olunub.

İşçi hüquqi biliklərinin məhdud olması səbəbindən qanunvericiliyin ona verdiyi bütün əmək hüquqlarını və təminatları bilməyə, hətta müəyyən hüquqi statusa malik olmasına baxmayaraq, bunun əmək münasibətlərində hansı hüquqi nəticələr doğurduğundan xəbərsiz ola və işəgötürəndən hansı təminatları tələb etmək hüququnun olduğunu bilməyə bilər.

İşəgötürən isə əmək münasibətlərində təşkilati, hüquqi və informasiya baxımından daha güclü tərəfdir. O, peşəkar idarəetmə imkanlarına, insan resursları xidmətinə və hüquqşünas dəstəyinə malik olmaqla əmək qanunvericiliyinin tələblərini bilməli və tətbiq etməlidir.

Əmək qanunvericiliyi məhz işçinin əmək münasibətlərində daha zəif tərəf olmasını nəzərə alaraq işəgötürənin üzərinə pozitiv öhdəlik qoyur. Belə ki, qanunla nəzərdə tutulmuş təminatların tətbiqi işəgötürənin aktiv davranışını tələb edir.

Bunun üçün işəgötürən əmək müqaviləsi bağlanarkən və əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, bununla bağlı zəruri məlumatları toplamalı və qanunvericilikdən irəli gələn təminatları tətbiq etməlidir. İşçinin bunu xatırlatmaması və ya ayrıca tələb etməməsi həmin öhdəlikləri aradan qaldırmır.

Beləliklə, "işçi bizə məlumat verməmişdi" və ya "sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin əmək qanunvericiliyindən irəli gələn öhdəliklərini aradan qaldırmır.

Bu baxımdan işə qəbul zamanı işəgötürənin aşağıdakı məsələləri dəqiqləşdirməsi mühüm əhəmiyyət kəsb edir:

• işçinin əlilliyi və ya qanunla əmək təminatları yaradan digər statuslarının olub-olmaması;

• həmin halları təsdiq edən sənədlərin mövcudluğu;

• müəyyən edilmiş statusa uyğun olaraq iş vaxtının, məzuniyyət hüquqlarının və digər əmək təminatlarının düzgün tətbiqi.

İşəgötürənin qanunla nəzərdə tutulmuş təminatları vaxtında və düzgün tətbiq etməsi həm işçilərin hüquqlarının, sosial ədalətin təmin edilməsinə, həm də gələcək əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Bu gün, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Oxşar xəbərlər