Qaradağ rayonu Lökbatan qəsəbəsi Şahin Xəlilov küçəsindəki antisanitar vəziyyət əhalini ciddi şəkildə narahat edir.
Bunu yerli sakinlər Bakuplus.az-a ünvanladıqları şikayət məktubunda bildiriblər.
Onların sözlərinə görə, 200-300 metr yaxınlıqda 2 ayrı yerdə zibil konteyneri olsa da, bəzi insanlar məişət tullantılarını təyinatı olmayan yerə atırlar.
"Məişət tullantılarının təyinatı olmayan yerə atılması xoşagəlməz mənzərə yaradır. Ətraf mühit qəsdən çirkləndirilir. Ətrafa pis qoxu yayılır. Həmin tullantıların ətrafına daim it sürüləri yığışır", - sakinlər qeyd ediblər.