Bakı Metropoliteninin bənövşəyi xəttindəki stansiyalara giriş məhdudlaşdırılıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
13 oktyabr tarixindən etibarən 16 oktyabr tarixinə qədər metronun “Avtovağzal”, “Memar Əcəmi-2” və “8 Noyabr” stansiyalarına giriş saat 23:30-da bağlanacaq və qatarların hərəkəti dayandırılacaq.
Məhdudiyyət xəttin “Xocəsən-Avtovağzal” sahəsində təhlükəsizlik sistemlərini təşkil etmək üçün tətbiq olunur.