Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Toğrul Əfəndiyev dünyasını dəyişib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, Elmi araşdırmalar şöbəsinin müdiri ötən gün vəfat edib. O, Azərbaycan incəsənət tarixinə dair bir çox elmi monoqrafiyaların, məqalələrin müəllifidir.
Həmçinin sənətşünas Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun akademik komitəsinin həmsədri və II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumunun elmi heyətinin üzvü olub.