Paytaxtın Nəsimi və Suraxanı rayonlarında icra nümayəndələri sakinlər ilə görüş keçiriblər. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az rayonların İcra Hakimiyyətlərinə istinadən xəbər verir.
Nəsimi rayonunda sakinlər uşaqlara məktəbli formasının alınmasında köməklik göstərilməsi, mənzilin icarə müqaviləsi, istilik və kanalizasiya xətlərinin təmiri, bina və həyətlərin abadlaşdırılması barədə müraciətlər ediblər.
Suraxanı rayonunda isə sakinlərə aparılan abadlıq-quruculuq işləri barədə və onların müraciətlərinin Milli Məclis və Milli Məclisin Komitə iclaslarında qaldırıldığı barədə məlumat verilmişdir. Daha sonra vətəndaşların səsləndirdikləri müraciət və problemlər dinlənilmişdir.
Müzakirə olunan məsələlərlə bağlı hər 2 icra nümayəndəsi müvafiq tapşırıqlar verib.
[caption id="attachment_59776" align="alignnone" width="800"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]