Azərbaycanın "Neftçi" futbol klubu yeni mövsüm ərəfəsində azarkeşləri ilə görüş keçirəcək.
Görüş iyulun 18-də "Palms Sports Arena"da təşkil olunacaq.
Tədbirin vaxtı komandanın məşq proqramına uyğun şəkildə müəyyənləşdirilib.
Görüş zamanı azarkeşlər yeni transferlərlə tanış olmaq, futbolçularla ünsiyyət qurmaq və mövsüm öncəsi komandaya dəstək göstərmək imkanı qazanacaqlar.
Klub bütün azarkeşlərini tədbirdə iştirak etməyə dəvət edib.
Qeyd edək ki, məlumatı "Neftçi" futbol klubunun mətbuat katibi Asəf Zeynallı idman.biz-ə təsdiqləyib.