top
Nərimanov rayonunda bir sıra sexlər bağlandı - VİDEO
08 avqust 2025, 17:36
- ↺ +

Nərimanov rayonunda bir sıra sexlər bağlandı - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında yoxlama keçirib.

FHN-dən Bakuplus.az-a verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki;

- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektlər yanğına qarşı sistem və qurğularla təmin edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektlərdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur;

- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektlərdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə olunur;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektlərin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Qanuna uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə Qərarlar qəbul olunub və Qərarların bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər