Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda 29 noyabr tarixində APA xəbər verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi reyd zamanı Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan Bakı şəhər sakinləri Marat Zakirov, Tural Tağıyev və Əbülfət Musayev saxlanılıblar.
Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub.