Nizami rayonu, "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən Rizvan Teymurov küçəsindəki vəziyyət sakinləri ciddi şəkildə narahat edir.
Bakuplus.az -a şikayət ünvanlayan sakinlər bildirirlər ki, həmin ərazidə qarajların sökülməsi haqqında qərar verilib, qərar icra olunub.
Söküntü işlərindən sonra isə tikinti materialları ərazidən yığışdırılmayıb. Bu isə qeyri-estetik görüntü, uşaqlar üçün ciddi təhlükə yaradır.
Sakinlər problemin yaxın vaxtda aradan qaldırılacağına ümid edirlər.