Müdafiə Nazirliyinin hərbi hissəsinin sabiq tabor komandiri həbs olunub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun qərsına əsasən, Elnur Əliyev Cinayət Məcəlləsinin “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma” maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza verilməyib. Həmin hissə hökmdən xaric edilib.
Elnur Əliyevə qarşı CM-in “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma” maddəsindən əlavə, eyni məcəllənin “mənimsəmə və ya israf etmə” maddəsi ilə ittiham elan edilib.