Bakıda Sentyabr şəhidinin övladı dünyaya gəlib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az YAŞAT fonduna istinadən xəbər verir.
12-13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Vadim Qocayevin Zeyd adlı oğlu dünyaya göz açıb. Doğum evindən çıxan zaman şəhidin hərbi yoldaşları onun yoldaşı və oğlunu təntənəli şəkildə qarşılayıblar.
Həmçinin YAŞAT fondu körpənin adına hesab açaraq ora 5000 AZN vəsait yükləyib. Zeyd 18 yaşına çatdıqdan sonra pulu hesabından çıxara biləcək. Ananın hesabına isə 1000 AZN vəsait köçürülüb.
[URIS id=81057]