top
Tələbələrin məzun gecəsi üçün verdiyi 50 minə yaxın pul ələ keçirildi
25 iyun 2026, 16:02
- +

Tələbələrin məzun gecəsi üçün verdiyi 50 minə yaxın pul ələ keçirildi

Bakıda tələbələr üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.

Bununla bağlı tələbələr sosial şəbəkədə paylaşımlar ediblər.

İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunur ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N.Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.

Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.

"Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik", - deyə paylaşımda qeyd olunub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan məsələ ilə bağlı polis orqanına müraciətlər daxil olub. Ərizə və izahatlar alınıb. Hazırda araşdırma aparılır.

Mənbə: Bakupost.az

Son xəbərlər

Xəbər
Bu gün, 18:01

"Qara Qarayev"də "daş dövrü"- ŞİKAYƏT + VİDEO

Xəbər
Bu gün, 17:26

Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:11

"Dənizkənarı Bulvar İdarəsi" QSC-yə çevriləcək

Xəbər
Bu gün, 16:55

"Azəripək" "Azərxalça"ya birləşdirilir - FƏRMAN

Xəbər
Bu gün, 15:38

Sabunçuda oğurluq edən şəxslər saxlanıldı

Xəbər
Bu gün, 14:04

Başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı öldü

Xəbər
Bu gün, 12:38

Sabah Bakıda 32 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:04

Tələbə adını qazanan şəhid övladlarının SİYAHISI - FOTO

Xəbər
Bu gün, 10:52

Ali Məhkəmə sələmçilərə sərt xəbərdarlıq edib

Xəbər
Bu gün, 10:18

Azərbaycana gələn turistlərin sayı AZALIB

Xəbər
Bu gün, 10:07

"BakuBus" avtobuslarından "qara buludlar" çəkilmir

Xəbər
Bu gün, 09:45

85 illik ömrünü ədəbiyyata həsr edən Fikrət Qoca

Xəbər
Bu gün, 09:24

"Sabah" Çempionlar Liqasında "Hapoel" sınağına çıxır

Xəbər
Dünən, 18:00

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 17:30

"TikTok" videosu çəkəndə cərəyan vuran yeniyetmə Bakıda öldü

Xəbər
Dünən, 17:00

Bakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDI

Xəbər
Dünən, 16:30

Bakının bu kəndində 150 min adam yaşayır

Xəbər
Dünən, 15:30

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

Xəbər
Dünən, 14:58

1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri BAĞLANIR?

Xəbər
Dünən, 14:39

Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!

Xəbər
Dünən, 14:12

Bakıda arvad ərinin boğazını kəsib öldürdü - "İNTİHAR EDİB" deyibmiş

Xəbər
Dünən, 13:40

Sevgisi nakam qalan şair - Yaşasaydı 38 yaşı olacaqdı...

Xəbər
Dünən, 12:47

Avtobusda sərnişinin başına bir saatdan çox su töküldü - Qurumdan CAVAB

Xəbər
Dünən, 12:43

"Ayıb olsun, "Azərişıq"! Keyfiyyət budur?" - Masazır sakinləri fəryad edir

Oxşar xəbərlər