top
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu
17 iyun 2026, 15:20
- ↺ +

Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xəlil Fərəcli və onun tanışı, adam oğurluğu və qanunsuz olaraq narkotik saxlamada ittiham edilən Mahir Fərəclinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Məhkəmə araşdırmaları zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bir qrup şəxslə qabaqcadan əlbir olaraq zərərçəkmiş Habil Əkbərzadəni oğurlamaqda və ona qarşı zorakılıq tətbiq etməkdə ittiham olunub.

 İttihama görə, hadisənin başlanmasına zərərçəkmiş şəxsin Xəlil Fərəclinin tanışından aldığı borc pul səbəb olub. Belə ki, Habilə verilmiş 5 min manat məbləğində pulun geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yaranıb. Bundan sonra Xəlil və Mahir zərərçəkmişi cəzalandırmaq məqsədilə onun oğurlanması barədə razılığa gəliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, Xəlil və Mahir zərərçəkmiş şəxsin Xaçmaz rayonunun Ukuroba kəndində yaşayan anasını ziyarət etmək üçün evə gələcəyi vaxtı əvvəlcədən öyrəniblər. Onlar ev sahiblərindən əldə etdikləri məlumat əsasında hadisə planını həyata keçirməyə qərar veriblər.

2024-cü ilin may ayında Habil evə yaxınlaşdığı zaman həmin şəxslər tərəfindən saxlanılıb. Onun əl və ayaqları bağlanıb, qışqıraraq kömək istəməsinin qarşısını almaq məqsədilə ağzına əski qoyulub.

 Bundan sonra zərərçəkmiş şəxs müxtəlif formalarda zorakılığa məruz qalıb. Təqsirləndirilən şəxslər və digər iştirakçılar metal dəyənəklər, bıçaqlar, eləcə də əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endiriblər.

 Daha sonra o, təqsirləndirilən şəxslərdən birinin idarə etdiyi "Toyota Prius" markalı avtomobilin yük yerinə yerləşdirilib.

 Zərərçəkmiş şəxs bundan sonra Bakı şəhərinə gətirilib və əvvəlcə müəyyən edilməmiş ünvanda saxlanılıb.

Məhkəmənin hökmü Xəlil Fərəcli 8 il 6 ay, Mahir Fərəcli isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 Qeyd edək ki, ad və soyadlar şərti verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər