top
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Ofisiant həbs edildi
06 iyul 2026, 17:17
- ↺ +

Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Ofisiant həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.

2002-ci ildə Yevlax rayonunda anadan olmuş Hüseynzadə Ramin Əlisahib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Ramin Hüseynzadə Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, yumruq zərbəsi ilə Elşad Vəliyevin sol göz nahiyəsinə xəsarətlər yetirib.

Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da, işdən çıxarıb.

Bundan sonra Ramin Hüseynzadə Elşad Vəliyevdən qisas almaq məqsədilə, sonuncu Naxçıvanda olduğu dövrdə təxminən bir ay ərzində onun yaşadığı evin yaxınlığında gözləyib. Bələdiyyə sədrini gördükdə isə ona bıçaqla hücum edib və "Gör səni indi necə öldürürəm, məhv edirəm" kimi ifadələr səsləndirib.

Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Oxşar xəbərlər