top
Yeddi uşağın ölüm işi: Vəkillərə çıxış etmək üçün vaxt verildi
06 may 2026, 12:30
- ↺ +

Yeddi uşağın ölüm işi: Vəkillərə çıxış etmək üçün vaxt verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə vəkillər çıxışa hazır olmadıqlarını deyiblər.

Vəkillər çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istəyiblər.

Hakim də onlara çıxışa hazırlaşmaq üçün daha bir həftə vaxt verilməsini qeyd edib.

Növbəti proses mayın 13-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.

Xatırladaq ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
Bu gün, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
Bu gün, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
Bu gün, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
Bu gün, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
Bu gün, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
Bu gün, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
Bu gün, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Oxşar xəbərlər